IQNA

Almaniyanın müxtəlif şəhərlərində məscidlərə hücum

11:06 - March 27, 2018
Xəbər sayı: 3482955
Son həftə ərzində Almaniyanın müxtəlif şəhərlərində bəzi məscid və İslam mərkəzləri bəzi sağçı və radikal qruplara bağlı ünsürlər tərəfindən hücuma məruz qalmışdır.

Almaniyanın müxtəlif şəhərlərində məscidlərə hücumİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son həftə ərzində Almaniyanın müxtəlif şəhərlərində bəzi məscid və İslam mərkəzləri bəzi sağçı və radikal qruplara bağlı ünsürlər tərəfindən hücuma məruz qalmışdır.

Bunlara misal olaraq Herne, Amberg və Kassel şəhərlərində yerləşən məscidlərə edilən hücumları göstərmək olar.

Sağçı və radikal qrumlara bağlı ünsürlər Herne şəhərində yerləşən məscidlərdən birinə hücum edərək məscidin divarlarına “bütün yadlar ölkədən çıxsın” və “müsəlmanların Almaniyaya bir aidiyyatı yoxdur” sözlərini yazıblar.

Həmçinin P.K.K terror təşkilatına bağlı dəstələr Amberg şəhərində məscidə hücum edərək məscidin divarlarına siyasi şüarlar yazıblar.

İki gün öncə, gecə vaxtı, Kassel şəhərinin məscidinə naməlum şəxslər əldədüzəltmə partlayıcı maddə ilə hücum ediblər.

Bu barədə verilən məlumatlara əsasən Almaniyada 2018-ci ilin ilk aylarında məscidlərə edilən hücumların sayı 38-ə çatıb.   

http://iqna.ir/fa/news/3702055

captcha