İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbər görə, Tunisin məşhur dini mübəlliği Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanın Fələstinin böyük hədəflərinə xəyanət etdiyini kəskin şəkildə tənqid edərək dedi: Afrika müsəlmanlarının sənin Quran nüsxələrinə ehtiyacı yoxdur!
Bəşir ibn Həsən (Tunisli din təbliğatçısı və xətib) Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanı Fələstin xalqına xəyanət etməkdə və Allah və Rəsulu ilə əhdi-peymanı sındırmaqda günahlandırdı.
Bu xətib Bin Salmana xitab edərək dedi: Sən Allahın və İslam peyğəmbərinin (ə) əhdini sındırdın. Sən İslamın, şəriətin və müsəlman diyarının hafizi olduğunu iddia etsən də, bu gün zülm və saxtakarlıqla bu iddianı sındırdın.
Ərəbistan şahını hədəfə alan xətib dedi: Sən qəsbkar rejimi rəsmi tanıdın, halbuki hətta avropalılar onu rəsmi tanınmamışdılar. Sən Allahın peyğəmərinə (s) yalan bağladın və dedin ki, o, yəhudi qadını ilə evlənib. Halbuki Peyğəmbər Səfiyyə bint Həyy ibn Əxtəb ilə o, İslamı qəbul etdikdən sonra evləndi.
O əlavə edib: Sənin kimi Allahdan və Quran təlimlərindən uzaq birinin Afrika müsəlmanları arasında Quran paylamağın bizə lazım deyil. Sən hidayət Quranını özünə saxla, bu camaatın ona ehtiyacı yoxdur. Bu camaatın ehtiyacı olduğu şey geyimdir, qidadır, xəstəxanadır...!