IQNA

İmam Kazimin (ə) şəhadəti ilə bağlı təhlükəsizlik təbdirləri

17:37 - April 07, 2018
Xəbər sayı: 3482996
Bağdadın əməliyyat komandanlığı elan edib ki, şiələrin yeddinci məsum rəhbəri Həzrət İmam Musa Kazimin (ə) şəhadət günü münasibəti ilə Kazimeyn şəhərində xüsusi təhlükəsizlik təbdirləri görülmüşdür.

İmam Kazimin (ə) şəhadəti ilə bağlı təhlükəsizlik təbdirləriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın paytaxtı Bağdadın əməliyyat komandanlığı elan edib ki, şiələrin yeddinci məsum rəhbəri Həzrət İmam Musa Kazimin (ə) şəhadət günü münasibəti ilə Kazimeyn şəhərində xüsusi təhlükəsizlik təbdirləri görülmüşdür.

Bu gücləndirilmiş təhülkəsizlik təbdirləri şəhadət günü Bağdad əyalətinin Kazimeyn şəhərində dəfn edilmiş Həzrət İmam Musa Kazimin (ə) ziyarətçilərini qorumaq hədəfi ilə həyata keçirilmişdir.

Qeyd edək ki, vilayət və İmamət səmasının yeddindi parlaq ulduzu Həzrət İmam Musa Kazim ibn İmam Cəfər Sadiqin (ə) şəhadət günü mərasimi Rəcəb ayının 25-də keçiriləcəkdir. Həmin gün xaricdən və İraqın özündən milyonlarla insanın imamın əzadarlıq mərasimini keçirmək üçün piyada yürüş ilə Kazimeyn şəhərinə axışırlar.

Bu münasibətlə Kazimeyndə hərəmin ətratında xiyabanlar bağlanmış, şəhərin girişlərində nəzarət gücləndirilmiş və zairləri daşımaq üçün nəqliyyat vasitələri tədarük görülmüşdür.

Həzrət İmam Musa ibn Cəfər (ə) hicrətin 183-cü ili, Rəcəb ayının 25-də Harun ər-Rəşid tərəfindən zindanda zəhər ilə şəhid edilmişdir.

http://iqna.ir/fa/news/3703439

Teqlər: kazim ، kazimeyn ، iqna ، bağdad ، İraq ، şəhadət ، əzadarlıq
captcha