IQNA

Ənsarullah:

İsrailin üz çopurunu təmizləmək Yeni Ortaq Şərq layihəsinin bir hissəsidir

23:51 - April 08, 2018
Xəbər sayı: 3483001
Amerikanın isarilin əvəzinə İranı düşmən elan etməsi və israilin çopur sifətini təmizləmək ideayası Yeni Ortaq Şərq layihəsinin bir hissəsidir.

İsrailin üz çopurunu təmizləmək Yeni Ortaq Şərq layihəsinin bir hissəsidirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının xarici əlaqələr məsulu elan etdi: Amerikanın isarilin əvəzinə İranı düşmən elan etməsi və israilin çopur sifətini təmizləmək ideayası Yeni Ortaq Şərq layihəsinin bir hissəsidir.

Hüseyn İzzi (Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının xarici əlaqələr məsulu) dedi: Ənsarullahın İran ilə əlaqələndirilməsi sionistlərin ideyasıdır və bu məsələnin Yeni Ortaq Şərq layihəsi ilə bağlılığı vardır.

O əlavə etdi: İranla əlaqə saxlamaq cinayət deyil və biz dəfələrlər elan etmişik ki, İranın Ənsarullahın işində heç bir müdaxiləsi və heç bir rolu yoxdur.

Hüseyn İzzi vurğuladı: Ənsarullah öz işlərində müstəqildir. Və Ərəbistanın Ənsarullahın kim ilə əlaqə saxlaması barədə fikir bildirmək hüququ yoxdur.   

O, səudiyyənin vəliyəhdi Bin Salmanın cari ayınn altısında Amerikanın "time" jurnalı ilə müsahibəsinə işarə edərək dedi: Regionun bir çox ölkələri İran ilə düşmənçilik edir, onu region problemlərinin əsas amili adlandırırlar və deyirlər ki, İran Orta Şərqin birinci düşmənidir.

Qeyd edək ki, terrorist və vəhabi səudiyyə dövləti və ona oxşarları İranı Yəmənin Ənsarullah hərəkatına raket verməkdə günahlandırırlar.

http://iqna.ir/fa/news/3703706

captcha