IQNA

İranın "ŞAHNAMƏ"si Pakistanın İslami qalereyasında

0:21 - April 10, 2018
Xəbər sayı: 3483008
İslam dünyasının ən zəngin muzeylərindən biri sayılan Pakistanın tarixi Pişavər muzeyi 1906-cı ildə Viktoriya adına yadigar tikilmiş binada təsis edilmişdir.

İranın İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam dünyasının ən zəngin muzeylərindən biri sayılan Pakistanın tarixi Pişavər muzeyi 1906-cı ildə Viktoriya adına yadigar tikilmiş binada təsis edilmişdir.

İran İslam Respublikasının Pakistandakı Mədəniyyət Evinin yaydığı məlumata görə, tarixi Pişavər muzeynin altı əsas qalereyası vardır: Buddist incəsənəti qalereyası, İslami qalereya, tayfa və irqlərin qalereyası, rəsm əsərləri qalereyası, sikkələr qalereyası və İrana aid əsərlər qalereyası.

İran və İslama aid qalereyalarda ən gözəl və nəfis əlyazma nüsxələr saxlanılır ki, bunlardan biri də İranın Tus əyalətindən olan şair Firdovsinin "ŞAHNAMƏ" əsəridir. Muzeydə bu əsərin 11-ci miladi əsrinə aid nüsxəsi saxlanılır ki, bu nüsxə İranın müxtəlif dövlərdə yaşamış şahlarını təmsil edən 46 rəsm əsəri ilə zinətlənmişdir.

İran İslam Respublikasının Pakistandakı Mədəniyyət Evinin işçisi Abbas Famuri son günlərdə bu muzeyə baş çəkmiş və muzeyin rəisi Asif ilə görüşmüşdür.

Asif bu görüşdə deyib ki, bu ərazi qədim dövrdə böyük Xorasanın bir hissəsi olmuşdur. Buna görə də muzeyin İslami qalereyasının əsas əsərləri iranlı incəsənət ustalarına aiddir. Burada Şahnamə, Bustan, Gülüstan, Məsnəvi və Hafizin divanı kimi qədim əsərlərin əlyazma nüsxələri saxlanılır.    

http://iqna.ir/fa/news/3704137

 نگهداری شاهنامه در گالری اسلامی موزه پاکستان+عکس
Teqlər: iqna ، pakistan ، pişavər ، muzey ، şahnamə
captcha