İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərədə kimlərsə, ölkənin müxtəlif regionlarında yerləşən müsəlman məscidlərinə anonim məktubalar göndərərək müsəlmanları təhdid ediblər.
Bu barədə İngiltərənin "islofobiya" hücumları və müsəlmanlara dini zəmində nifrətdən törənən cinayətləri araşdıran "tel mama layihəsi" məlumat yayaraq elan edib ki, son günlərdə əldə olunan məlumatlara əsasən, İngiltərənin London, Kent və Esseks şəhərlərinin məscidlərinə müsəlmanlar əleyhinə təhdidamiz məktublar göndərilib.
Buna görə də İngiltərədə yaşayan müsəlmanlar və müsəlman cəmiyyətlərinin rəhbərləri məscidlərə göndərilən anonim təhdidamiz məktublardan nigaran və narahatdırlar.
Bu ölkədə yaşayan müsəlman cəmiyyətlərin rəhbərləri məktublar barədə hərtərəfli aradırmalara başlayıblar.
Məktubların bəzilərində "ağ toz" olub ki, araşdırıldıqdan sonra zəhərli və zərərli olmadığı məlum olub. İşi araşdıran müsəlman cəmiyyətlərinin rəhbərləri məktub göndərilən şəhərlərin polisləri ilə söhbət ediblər. Amma məktublar barədə kiminsə tərəfindən polisə şikayət edilmədiyi deyilib.
Polisin məlumatına görə, məktublarda müsəlmanlar əleyhinə "müsəlmanları cəzalandırın" kimi sözlər yazılıb ki, bu da cari ilin Mart ayında Loster şəhərinin müsəlmanlarına görndərilən məktubların oxşarıdır.
Müsəlman cəmiyyətlərinin rəhbərləri vurğulayıblar ki, müsəlmanlar bu barədə ayıq-sayıq olsunlar.
İslami cəmiyyətlərin rəhbərləri gələcəkdə də bu kimi halların təkrarlanacağından nigaran olduqlarını bildiriblər.