İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın insan haqları gözətçisi bu ölkənin şərqində Fərat çayının şərq sahillərində İŞİD terroristlərinin hücumu nəticəsində Suriya silahlı qüvvələrinin 45 nəfər hərbiçisi şəhid edilib.
Rami Əbdürrəhman (Suriyanın insan haqları gözətçisi) deyib: Keçən həftənin bazar günündən indiyədək İŞİD-lə Suriya silahlı qüvvələri arasında davam edən savaşda 45 nəfər hərbiçi həyatını itirib. Bu savaşda İŞİD terroristlərindən də 26 nəfəri məhv edilib.
O əlavə edib: İŞİD terroristləri Fərat çayının qərbində yerləşən dörd kəndi işğal edib. Bu kəndlər Bukəmal şəhərində Deyrzura gedəndə əsas marşurutda yerləşirlər. Buna görə də bu iki şəhərin əlaqə yolları kəsilib.
Qeyd edək ki, İŞİD terroristləri Suriyada məğlubiyyətə uğrasalar da məhdud şəkildə bəzi mövqelərini, xüsusilə də Deyrzurda qoruyub saxlaya biliblər.