IQNA

11:56 - July 01, 2018
Xəbər sayı: 3483402
Qəsreyn universitetinin ustadları kitablarda və imtahan vərəqələrində İsrailin adı "işğalçı" sifəti ilə yazılmadığı üçün etirazlarını bildiriblər və imtahan vərəqələrini yoxlamaqdan imtina ediblər.

Tunisli müəllimlər İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisin Qəsreyn şəhərinin dövlət universitetinin ustadları kitablarda və imtahan vərəqələrində İsrailin adı "işğalçı" sifəti ilə yazılmadığı üçün etirazlarını bildiriblər və imtahan vərəqələrini yoxlamaqdan imtina ediblər.

Tunisin Qəsreyn şəhərinin universitet ustadları elan ediblər ki, magistr pilləsinin tarix və coğrafiya kitablarında və imtahan bülletenlərində "İsrail" sözünün önündə "işğalçı" sifəti yazılmadığı üçün imtahan vərəqələrini yoxlamayacaqlar.

"Sionistlərlə əlaqələrin adiləşdirilməsi ilə mübarizə heyəti"nin rəisi Əhməd Kəhlavi bu barədə deyib: Hökumətin bu addımı işğalçı sionist rejimi ilə əlaqələrin adiləşdirilməsi və İsraili rəsmi dövlət olaraq tanıması hədəfini güdür.

Qeyd edək ki, cari ilin Fevral ayında Tunis milli məclisinin 90 nəfər nümayəndəsi parlament rəisindən tələb etmişdilər ki, işğalçı İsrail rejimi ilə əlaqələrin adiləşdirilməsinin qarşısını almaq üçün bəzi qanunlarda dəyişiklik edilsin və bu yöndə çalışanlar cəzalandırılsınlar.

http://iqna.ir/fa/news/3726670  

Teqlər: tunis ، iqna ، israil ، qəsreyn
Ad:
E-poçt:
* Comment:
* captcha: