İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Spektrum İran" jurnalı 1988-cı ildən Almaniyada İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən çap və nəşr edilir.
Hər fəsldə bir dəfə çap edilən bu jurnalda Almaniya və Avropa ölkələri alimlərinə və elm adamlarına İslam və İran mədəniyyəti öz orjinallığı ilə təqdim edilir, tanıtdırılır. Həmçinin bu jurnal vasitəsi ilə İran və Alman millətləri arasında dərin mədəni təbadüllərə zəmin yaradılır. Buna görə də bu jurnal bir çox İranşünas, İslamşünas və Şərqşünasların araşdırma qaynaqlarından biri hesab edilir.
"Spektrum İran" juranlının 2018-ci ilin yay fəsli üçün növbəti sayı "İslami araşdırmalar, İran və şiəlik" mövzusu ilə çap və nəşr edilmişdir. Bu barədə İran İslam Respublikası İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalı məlumat yayıb.
Elmi araşdırmalar üçün nəzərdə tutulmuş "Spektrum İran" juranlının 2018-ci ilin ikinci sayı olan bu nəşrdə İslami araşdırmalar İran və şiəlik mövzusu üzərində mərkəzləşmiş və 124 səhifədə çap və nəşr edilmişdir.
Bu sayda Yuzef Hamerin "Qacarlar dövründə Fars dili və ədəbiyyatı", "fərdi axirət inancları gənusi və mani məzhəblərində", "bir Şah İsmayıl və bu qədər Quran ziyarəti", "Molla Sədranın əl-Kafiyə şərhinə baxış", "Hikməti-mütəaliyə təfsir metodu kimi", "modern zamanda ictihad" və "şiə imamlarının adına Quran uydurması məsələri üzərində təfəkkür" adı məqalələr işıq üzü görmüşdür.