IQNA

Yepiskopların iclasında Quran ayələri sərgiləndi – Foto

18:11 - July 07, 2018
Xəbər sayı: 3483429
Filippin katolikləri konfransı çərçivəsində İran İslam Respublikasının Manildəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə "dinlərarası dailoq" mövzusunda Quranın hüsnxətt sərgisi də təşkil edilib.

Yepiskopların iclasında Quran ayələri sərgiləndi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin şənbə günü, 7 İyul 2018-ci il, Filippinin paytaxtı Manil şəhərində katolik yepiskoplarının 117-ci illik konfransı keçirilib.

Konfrans çərçivəsində İran İslam Respublikasının Manildəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə "dinlərarası dailoq" mövzusunda Quranın hüsnxətt sərgisi də təşkil edilib.

Sərigədə iranlı incəsənətçi, Manil hüsnxətt birliyinin rəsisi və "Filippin-İran təhsilli xanımlar birliyi"nin rəis müavini Təndis Təqəvinin Qurani-Kərimin ayələrinin lövhələr üzərində nəstəliq hüsnxətti ilə yazılmış 16 əsəri nümayiş olunub.

Quran ayələri yazılmış bu lövhələr səmavi dinlərin müştərək mövzularını ehtiva edib. Hər lövhədə İncil, Quran və Tövratdan oxşar mövzulardan oxşar cümlələr yazılıb. Üç səvami kitabın səkkiz oxşar ayəsi və Həzrət Məryəm surəsi Filippin katolikləri konfransı təşkilatının binasında ümumi kütlə üçün nümayiş edilib.      

Bu sərgidə konfransa toplanmış yepikoplar, Filippin katolikləri konfransı təşkilatının rəisi Ramulo Valles, Filippinin baş yepiskopu və Papa Fransisin Asiyanın dini işləri üzrə müşaviri kardinal Antonio Tagle, İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Məhəmməd Cəfəri və Cameətul-Mustafanın Manil şöbəsinin rəisi Höccətul-İslam vəl-müslimin Əkbəri iştirak ediblər.

Konfransda çıxış edən qonaqların vurğulayıblar ki, bütün səmavi dinlər, xüsusilə də İslam dini bütün bəşəriyyəti vəhdətə, tolerantlığa və sülh şəraitində yaşamağa dəvət edir, zorakılığa və kobudluğa qarşıdır. Həmçinin xristiyan ruhaniləri çıxışlarında vurğulayıblar ki, bu iclasın və bu sərginin müsəlmanlarla, xüsusi ilə də əziz İran xalqı ilə münasibətlərin daha da yaxşılaşacağında təsirli olacağına ümidvardırlar.

http://iqna.ir/fa/news/3728354

 
captcha