IQNA

ABŞ-ın Suriyada endirdiyi hava zərbələrində ölənlərin sayı 55-ə çatıb

11:00 - July 14, 2018
Xəbər sayı: 3483470
ABŞ təyyarəlrəi bu gün sübh Dirazzur əyalətnin Bu-Kamal şəhəri ətrafında yerləşən iki kəndi şiddətli hava zərbələri ilə hədəfə almışdı.

ABŞ-ın Suriyanın şərqinə endirdiyi hava zərbələrində ölənlərin sayı 55-ə çatıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ təyyarəlrəi bu gün sübh Dirazzur əyalətnin Bu-Kamal şəhəri ətrafında yerləşən iki kəndi şiddətli hava zərbələri ilə hədəfə almışdı.

Maide.Az "İslaminSesi"nə istinadən xəbər verir ki, təcavüzə məruz qalan  Fərat çayının şərqindəki Bağur-Fouqani və əs-Susə kəndləri olub.  
Hava zərbələrində ölənlərin sayı 55-ə çatıb. Onların çox qadnlar və uşaqlardı. Onlarla yaralı var. Onlarla ev dağılıb və yararsız hala düşüb.
Qeyd edək ki, ABŞ təyyarələri son 4 il ərzində Suriyanın Hələb, Rəqqa, Dirazzur, Həsəka və Homs əyalətlərində həyata keçirdiyi yüzlərlə hava zərbələrində onlarla qətliama səbəb olub. ABŞ koalisiyası bu hava zərbələrinin çoxunun səhvən baş verdiyini iddia edib.
 
Teqlər: iqna ، abş ، rusiya ، suriya
captcha