IQNA

11:34 - July 24, 2018
Xəbər sayı: 3483523
İslam İnqilabının Böyük Rəhbəri ötən gün bir görüşdə ABŞ və sionist rejimin Fələstin və Qüds-Şəriflə bağlı "Əsrin sazişi" adlı nəhs planına toxunub və buyurublar: Fələstini yəhudiləşdirmək gördükləri qarışıq yuxudur. Nə bu yuxu, nə də "Əsrin Sazişi" çin olacaq.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Sionist rejim parlamenti bir neçə gün öncə bir qanunu təsdiqlədi. Bu qanuna əsasən işğal olunmuş ərazilərdə yaşayan fələstinli müsəlman və xristianların özmüqəddəratını təyinetmə hüququ yoxdur və bu hüquqa sadəcə yəhudilər malikdir.

Bu qanun elə bir halda təsdiqləndi ki, beynəlxalq qınaqlara rəğmən təcavüzkar İsrail rejimi öz qəsəbələrini genişləndirmək üçün Fələstini və Qüds-Şərifi yəhudiləşdirmək məqsədilə hər gün Fələstinin torpaqlarını müsadirə edir.

Bu planla yanaşı ABŞ "Əsrin Sazişi" adı altında "işğalçılar və fələstinlilərin münasibətlərinin normallaşdırılması" prosesini başlatmaq üçün qeyri-rəsmi planını irəlilədir. Məqsəd Fələstin ərazilərinin yəhudiləşdirilməsi planını möhkəmləndirməkdir. 
Ad:
E-poçt:
* Comment:
* captcha: