İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Fotros Media" kanalına istinadla verdiyi xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərinin milli kitabxanasında şiələrin elmi və dini irsi hesab edilən "əz-Zəxirətu fil elmil-kəlam" kitabı saxlanılır.
Sankt-Peterburq kitabxanasının "Frokuyeviç məcmuəsi"ndə saxlanılan fövqəladə nəfis əsərin dili Ərəbcədir və kitabın müəllifi 4-5-ci əsrlərdə yaşamış şiə alimi Seyyid Mürtəzadır.
Seyid Mürtəza ləqəbi ilə məşhurlaşan Əli ibn Hüseyn ibn Musa Ələmul-Hüda beşinci əsrin əvvəllərində yaşamış şiə alimidir. O, Şeyx Müfidin şagirdidir. Seyid Mürtəzanın fiqh, təfsir, kəlam və hədis kimi dini elmlərdə bir çox qiymətli əsərləri vardır.
Bu kitab şiə ədəbiyyatının ən qədim və nadir əlyazma nüsxələrindən biridir ki, müəllifin vəfatından 36 il sonra Misrin Füstat əyalətində yaşayan yəhudi alimi Aali ibn Süleyman tərəfindən kitabət edilmişdir.
Rusiyanın bir çox kitabxanalarında İslam və şiə aləminə məxsus dəyərli əlyazma əsərlər mövcuddur.
Bu nüsxədə barədə tanıtıcı videoya qarşıdakı linkdə baxa biləsiniz: BAX və ENDİR