Yəməndə məktəblilərin avtobusunun Ərəbistan tərəfindən bombalanması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Yəmənli uşaqlara qarşı törədilən cinayətinin qarşısında beynəlxalq ictimaiyyət susur.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin Yəmənin Saada əyalətinin Dahyan rayonunda şagirdləri daşıyan avtobusu havadan bombalaması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatında bildirilir.
Bombalanan avtobusdakı şagirdlərin çoxunun 10 yaşdan kiçik olduğunu bildirən Qırmızı Xaç Komitəsinin nümayəndəsi, hadisə nəticəsində daha 77 nəfərin yaralandığını qeyd edib.
Qeyd edək ki, bundan öncə hücum nəticəsində 43 şagirdin öldüyü, 61 nəfərin isə yarandığı bildirilmişdi.