IQNA

18:58 - September 04, 2018
Xəbər sayı: 3483787
İşğal altındakı Qərbi Şəriənin Ramallah şəhərində Amerikan evi (American House) önündə toplanan bir qrup Fələstinli ABŞ-ın Fələstinlə bağlı siyasətinə etiraz edib.

Fələstinlilər Ramallahda ABŞ əleyhinə etiraz aksiyası keçirdi -FOTOIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İşğal altındakı  Qərbi Şəriənin Ramallah şəhərində Amerikan evi (American House) önündə toplanan bir qrup Fələstinli ABŞ-ın  Fələstinlə bağlı  siyasətinə etiraz edib. 

Maide.Az  “AA”a istinadla xəbər veri rki,  əllərində üzərində ABŞ əleyhinə şüarlar yazılmış  plakartlar daşıyan etirazçılar  ABŞ-ın  Qüds başkonsulluğuna bağlı olan Amerikan  evinin bağlanmasını və  Amerikalı işçilərin  Qərbi Şəriədən qovulmasını tələb edib. 

Etirazçılar ABŞ-ın Fələstin torpaqlarındakı fəaliyyət və varlğından məmnun olmadıqlarını bildirib.  Etirazçılar həmçinin ABŞ-ın BMT Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) dəstəyini kəsməsini pisləyiblər. 

Qeyd edək ki, ABŞ bir müddətn öncə BMT Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) yardımları dayandırıb. 

UNRWA BMT-nin Baş Assambleyası tərəfindən 1949-cu ildə İordaniyada, Suriyada, Livanda, Qərb Şəriyə və Qəzzadakı Fələstinli qaçqınlara kömək etmək üçün yaradılıb. 
 
Hazırda Fələstin daxilində və xaricində 5,9 milyon Fələstinli qaçqın var. BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi 194 saylı qətnamə, Fələstinli qaçqınların evlərinə dönməsini tələb edir. 
Teqlər: iqna ، felestin ، mitinq ، aksiya ، etiraz
Ad:
E-poçt:
* Comment:
* captcha: