IQNA

17:22 - September 15, 2018
Xəbər sayı: 3483866
İmam Hüseyn ziyarətgahının mədəniyyət departamenti öz nəzdində fəaliyyət göstərən hüseyniyyə heyətləri arasında Qurani-kərim tilavəti üzrə tədbir keçirib.

Kərbəlada əzadarlıq heyətləri Qurani-kərim tilavət edəcəklərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseyn ziyarətgahının mədəniyyət departamenti öz nəzdində fəaliyyət göstərən hüseyniyyə heyətləri arasında Qurani-kərim tilavəti üzrə tədbir keçirib.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, Kərbəlanın əl-Qədir rayonunda yerləşən məkanda baş tutmuş qiraət gecəsində ilk olaraq "Bəqi imamları" heyəti müqəddəs Qurani-kəriminin 30-cu hissəsindən xüsusi tərtillə iki səhifə tilavət edib.

Quran qiraəti təklifi İraqın ali dini rəhbərliyi tərəfindən irəli sürülüb. Təklifə əsasən bu il İmam Hüseyn əzadarlıq heyətləri əvvəlki illərdən fərqli olaraq Qurani-kərimin düzgün oxunuşuna diqqəti artırmalıdırlar.

Qeyd olunmalıdır ki, həzrət Zəhra Assosiasiyası məhərrəm ayının əvvəlindən etibarən Kərbəladakı bütün hüseyniyyə və məscidləri Qurani-kərimin qiraətinə diqqəti artırmağa çağırıb. Təşkilat, həmçinin Quran qiraəti üzrə hüseyniyyə heyətləri təsis etməkdə maraqlı olduğunu ifadə edib. Bu heyətlər məhərrəm və səfər ayları ərəfəsində yaradılacaqlar.

Teqlər: iqna ، kərbəla ، mukəb ، İmam Hüseyn
Ad:
E-poçt:
* Comment:
* captcha: