IQNA

22:49 - September 22, 2018
Xəbər sayı: 3483919
Britaniyanın hesabat idarəsinin verdiyi məlumata əsasən, bu ölkənin paytaxtı London şəhərində oğlan uşaqlarına verilən ən sevimli adlar sırasında “Məhəmməd” adı ilk onluqda yer almışdır.

Londanda oğlanlara qoyulan ən sevimli ad: MƏHƏMMƏDİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Britaniyanın hesabat idarəsinin verdiyi məlumata əsasən, bu ölkənin paytaxtı London şəhərində oğlan uşaqlarına verilən ən sevimli adlar sırasında “Məhəmməd” adı ilk onluqda yer almışdır.

Bütün Britaniyada oğlan uşaqlarına ən çox qoyulan ad “Oliver” və “Harry” adları, qızlara verilən ən çox adlar isə Oliviya və Ameliya adlarıdır.

Başqa bir hesabatda deyilir ki, 2017-ci ildə Hanter və Ralf adları da oğlan uşaqları üçün ən çox istifadə edilən 100 adın siyahısında yer aldı. Həmçinin həmin ildə Urla, Edis, Bani, Layla və Hayli də qızlara verilən ən məşhur adlardırlar ki, ilk yüzlükdə yer almışlar.

Bundan əlavə Emili, Ceymiz, Cek və Oliviya Şimali İrlandiya və Şotlandiyada oğlan və qızlara verilən ən məşhur adlar sayılırlar.

Hesabatda deyilir ki, 2017-ci ildə 63 uşağa özünəməxsus və təkrarsız ad qoyulmuşdur.

London, Qərbi Midlendiz, Yurukşer və Britaniyanın bir çox əyalətlərində “Məhəmməd” adı oğlan uşaqlarına verilən ilk onluqda yer almışdır.

http://iqna.ir/fa/news/3749069

 

Ad:
E-poçt:
* Comment:
* captcha: