IQNA

21:15 - September 25, 2018
Xəbər sayı: 3483946
Ümumdünya Ərzaq Proqramı Yəməndə aclıq elan etməyə “çox yaxındır”. Bunu Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropadakı əlaqələr və əməkdaşlıq üzrə regionlar bürosunun başçısı deyib.

BMT Yəməndə rəsmi şəkildə aclıq elan etməyə hazırdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamazeri.az" saytına istinadən verdiyi xəbərə əsasən, BMT-in Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Yəməndə aclıq elan etməyə “çox yaxındır”. Bunu Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropadakı əlaqələr və əməkdaşlıq üzrə regionlar bürosunun başçısı Abir Etefa deyib.

Yəməndə aclığın elan edilməsi elmi prosesdir və biz hələ bu qənaətə gəlməmişik, lakin biz artıq (buna) çox yaxınıq.”, - deyə Etefa bildirib.

Onun sözlərinə görə, hazırda Yəmən əhalisinin 2/3-si (18 milyon) “növbəti qida qəbulu üçün haradan ərzaq tapacağını bilmir”, üstəlik onların da 8 milyonu aclığa yaxın bir şəraitdədirlər.

Xeyriyyə təşkilatı olan “Adventist Yardım və İnkişaf Agentliyi”nin (AYİA) Yəmən üzrə şöbəsinin direktoru Efraim Palmero da hesab edir ki, Yəməndə Hodeyda limanındakı döyüşlər ölkədə aclığa səbəb ola bilər.

Hodeyda limanındakı ağır hərbi əməliyyatlar ərzaq sənayesinə mənfi təsir edib. Liman əməliyyatlarında davam edən pozuntuların daha 4 həftə davam etməsi genişmiqyaslı aclığa səbəb ola bilər.”, - deyə Palmero qeyd edib.

“Oxfam” xeyriyyə təşkilatının humanitar siyasət məsələləri üzrə məsləhətçisi Riçard Stenford bildirib ki, onun fikrincə, Yəməndəki vəziyyəti və ölkədəki mümkün atəşkəsi BMT Baş Assambleyasının 73-cü sessiyası zamanı müzakirə etmək lazımdır.

Ötən həftə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Mark Loukok Təhlükəsizlik Şurasında bildirmişdi ki, dünyanın ən kasıb ölkəsi olan Yəməndəki vəziyyət faciəyə çox yaxındır - yaxın zamanda mütəmadi qidalanmaq imkanı olmayan insanların sayı təxminən 1,5 dəfə artaraq 11,5 milyon nəfərə çata bilər.

Teqlər: iqna ، yəmən ، bmt ، aclıq
Ad:
E-poçt:
* Comment:
* captcha: