IQNA

8:29 - October 12, 2018
Xəbər sayı: 3484040
İraqın Nəcəful-Əşrəf şəhərində İmam Əlinin (ə) mübarək məzarı və müqəddəs hərəminin ziyarətçilərinə daimi xidmət etmək üçün "Zəvvarlara Xidmət Komitəsi" təşkil edildi.

Nəcəfdə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəful-Əşrəf şəhərində İmam Əlinin (ə) mübarək məzarı və müqəddəs hərəminin ziyarətçilərinə daimi xidmət etmək üçün "Zəvvarlara Xidmət Komitəsi" təşkil edildi.

Bu barədə İmam Əli (ə) hərəminin idarəçiliyinin baş katibi Yusif Şeyx Razi xəbər verərək deyib ki, komitənin işi ƏRBƏİN ziyarəti mərasimində zəvvarlara göstərilən xidmətlərin keyfiyyətinə nəzarət və xidmətlərin düzgün müdiriyyət edilməsi hədəfi ilə yazılıb.

İmam Əli (ə) hərəminin idarəçiliyinin baş katibi Yusif Şeyx Razi əlavə edib ki, bu komitə daimidir və işini bu ilin ƏRBƏİN mərasimindən başlayacaqdır.

O vurğulayıb ki, İmam Əlinin (ə) müqəddəs hərəminin "zəvvarlara xidmət" layihəsi çərçivəsində bir neçə layihə, o cümlədən qonaqlıq (zəvvarları yemək və içməklə təmin edilməsi) və tibbi xidmətlər layihəsi icra üçün hazırdır. Bu layihələrin icrasında təhlükəsizlik qüvvələri də həmkarlıq edəcəklər.

3754993

Teqlər: imam Hüseyn ، ƏRBƏİN ، Nəcəf ، İraq ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: