Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) tərəfindən Ərbəin yürüşü ilə bağlı “Özçəkim fotoşəkil müsabiqəsi” keçirilir.
Ərbəin yürüşündə iştirak edənlər çəkdikləri özçəkim (selfie) fotoları müsabiqədə iştirak etmək üçün İQNA Xəbər Agentliyinin İnstagram səhifəsinə (iqnanews) göndərə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər noyabrın 8-nə qədər çəkdikləri fotoşəkilləri İQNA-ya göndərməlidir. Müsabiqədə iştirak etmək üçün fotoşəkilin sayında məhdudiyyət yoxdur.