
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbrə görə, dünən, həftənin bazar günü, İranda "4 noyabr (13 Aban) dünya imperializmlə milli mübarizə günü" münasibətilə genişmiqyaslı mitinq keçirilib.
"Maide.az" saytı "Tasnim" xəbər agenliyinə istinadən xəbər verir ki, ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etdiyi bir vaxtda minlərlə insan Tehran və digər şəhərlərdə küçələrə çıxaraq “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirib.
İran xalqı hər il bu günü qeyd edərək, genişmiqyaslı aksiyalarda özünün milli birliyi və islami vəhdətini nümayiş etdirir.
Etiraz aksiyası zamanı ABŞ və İsrail bayaraqları yanadırılıb.
Qeyd edək ki, hər il noyabrın 4-ü İranda beynəlxalq imperializmlə milli mübarizə günü kimi qeyd olunur.
Xatırladaq ki, 1980-ci ildə iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirərək, işçiləri girov götürdükdən sonra İmam Xomeyni bu günü imperializmlə milli mübarizə günü kimi elan edib.