IQNA

10:18 - November 16, 2018
Xəbər sayı: 3484179
ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin Suriyanın şərqində yerləşən Deyr əz-Zor rayonunun iki kəndinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
ABŞ koalisiyasının Suriyaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı artıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin Suriyanın şərqində yerləşən Deyr əz-Zor rayonunun iki kəndinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
Hücumlar Bu-Badran və As-Susa kəndlərinə edilib.  Hava zərbələri nəticəsində 23 dinc sakin həyatını itirib. Daha bir neçə ev dağılıb.
Mənbələr hücumda eyni ailədən çoxu qadın və uşaq olmaqla, 17 mülki vətəndaşın həyatını itirdiyini bildirib.
Xatırladaq ki, koalisiya qüvvələrinin noyabrın 10-da endirdiyi hava zərbəsi nəticəsində Hadjində 26 nəfər  həyatını itirib. 
Teqlər: iqna ، abş ، terror ، suriya
Ad:
E-poçt:
* Comment:
* captcha: