IQNA

0:47 - December 05, 2018
Xəbər sayı: 3484291
"Məscidul-Həram"ın idarə heyəti Məkkədə karlar üçün xüsusi namazxana istifadə verildiyi barədə məlumat yayıb.

Məkkədə karlar üçün xüsusi namazxana istifadəyə verilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Məscidul-Həram"ın idarə heyəti Məkkədə karlar üçün xüsusi namazxana istifadə verildiyi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, karlar üçün təsis edilmiş namazxanada eşitməyən insanlara xidmət məqsədi ilə işarə dilini bilən tərcüməçilər işə götürülüb.

Namazxanada işə götürülən tərcüməçilər eşitmək qüvvəsini itirmiş kar ziyarətçilərə Cümə namazını xütbələrini, Qurab və Fitr bayramı namazının xütbələrini, yağış namazı, "Məscidul-Həram"ın moziələrini və dini dərsləri tərcümə edəcəklər.

"Məscidul-Həram"ın idarə heyəti bu barədə yayımladığı bəyaniyyədə elan edib: Həmin müəssisənin proqramlarından biri də görmək qüvvəsini itirmiş əlillərə xidmətdir. Bu məqsədlə tikilmiş namazxanalarda ağ əsa, səsli saat, Quran qələmi, "bril" əlifbası Quran və digər dini kitablar, hərəmin və məşərlərin xəritəsi yerləşdirilmişdir.

Bəyaniyyədə həmçinin vurğulanıb ki, əlillər üçün xüsusi giriş və çıxış qapıları, xüsusi yolların ayrılması və namazxanaların təchiz edilməsi və onların şənində davranmağı bacaran xidmətçilərin işə alınması da əlillərə göstərilən xidmətlərdən bəziləridir.

http://iqna.ir/fa/news/3769430  

Teqlər: iqna ، məkkə ، namaz ، əlil ، kar ، kor
Ad:
E-poçt:
* Comment:
* captcha: