IQNA

21:29 - December 05, 2018
Xəbər sayı: 3484293
Tehranda ƏRBƏİN mərasiminin mərkəzi qərargahının təşəbbüsü və "Cameətul-Mustafa əl-Aləmiyyə" beynəlxalq İslam akademiyasının həmkarlığı ilə "3-cü beynəlxalq ƏBƏRAT qəmnaməsi" keçirilib.

ƏRBƏİN qərargahının beynəlxalq müavinliyi yaratmaq zəruridirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehranda ƏRBƏİN ziyarəti mərasiminin mərkəzi qərargahının təşəbbüsü, İranın Daxili İşlər Nazirliyi və "Cameətul-Mustafa əl-Aləmiyyə" beynəlxalq İslam akademiyasının həmkarlığı ilə 3-cü "beynəlxalq ƏBƏRAT (göz yaşları) qəmnaməsi" keçirilib.

Həmin qəmnamənin yekun mərasimi bu gün, həftənin üçüncü günü, 5 Dekabr 2018-ci il, günün ikinci yarısında, İran İslam Respublikasının daxili işlər nazirliyinin toplantı salonunda keçirilib.

Keçən illər ərzində keçirilən "yasnamə"yə göndərilən əsərlər kitab formatında çap edilib. Qəmnamə mərasiminə göndərilən şer, dastan, hekayə, səfərnamə və digər əsərlərin məcməsi 4 cild kitabda toplanıb.

Bu il qəmnamə mərasiminin keçirilməsi komitəsinə beş min daxildən və 2 min də xaricdən əsər göndərilib. Həmin əsərlərin 32 əsər qalib olaraq seçilmiş və digər 20 əsər isə mükafata layiq görülmüşdür.  

Qəmnamənin yekun mərasimində İran İslam Respublikasının xarici işlər naziri Əbürrəhman Fəzli və "Vəliyyi-əmri müslimin" Həzrət Ayətullah Üzma Xameneinin nümayəndəsi və iranlı hacıların rəhbəri Höccətul-İslam vəl-müslimin Qazi Əskər iştirak ediblər.

Höccətul-İslam vəl-müslimin Qazi Əskər çıxışı zamanı ƏRBƏİN ziyarəti mərasimində baş verən dəyişikliklərə işarə edərək deyib: ƏRBƏİN yürüşü həqiqətən də böyük bir qəhrəmanlıq cilvəsidir ki, daxili işlər nazirliyinin və ƏRBƏİN ziyarəti baş qərargahının məsulları neçə ildir ki, bu işin idarəçiliyini öz öhdələrinə götürüblər.

O əlavə edib: ƏRBƏİN ziyarəti yürüşünün beynəlxalq səviyyədə keçirilməsi zəruri edir ki, ƏRBƏİN ziyarəti baş qərargahının beynəlxalq müavinliyi də yaradılsın.

Qazi Əskər vurğuladı: Bizim bu il Həcc mərasimi zamanı 85 min zairimiz var idi. Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Ümza Xamenei həmişə təkid edirlər ki, Həcc işlərini bir illik bir zamanda və vaxtında yerinə yetirin. ƏRBƏİN mərasimində isə 2 milyondan çox zəvvarımız olur. Buna görə də bu məsələdə daha çox diqqətli olmalı və lazım olan işləri daha geniş bir zaman məhdudəsində yerinə yetirməliyik.

Mərasimdə daha sonra ƏRBƏİN ziyarəti baş qərargahının rəisi Zülfəqari, ƏRBƏİN qərargahının mədəniyyət və təlim komitəsinin sədri Əhmədi və digərləri, o cümlədən incəsənət, mədəniyyət və elm adamları çıxış ediblər. /http://alarbaeen.ir/        

http://iqna.ir/fa/news/3769966

http://iqna.ir/fa/news/3769226

Teqlər: ərbəin ، əbərat ، hüzn ، yas ، İmam Hüseyn
Ad:
E-poçt:
* Comment:
* captcha: