IQNA

20:45 - December 11, 2018
Xəbər sayı: 3484328
İşğalçı İsrail rejim təhlükəsizlik qüvvələri Qəzza sektorunda dəniz blokadasının aradan qaldırılması ilə bağlı aksiyanın qarşısını almaq üçün döyüş güllələri tətbiq edib.
İsrail rejimi əskərləri fələstinlilərə atəş açdı: 11 Qəzza sakini yaralandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İşğalçı İsrail rejim təhlükəsizlik qüvvələri Qəzza sektorunda dəniz blokadasının aradan qaldırılması ilə bağlı aksiyanın qarşısını almaq üçün döyüş güllələri tətbiq edib.
Maide.Az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Qəzza sektorunda anklavın şimalındakı sahil zonasında toplaşan 11 fələstinli həqiqi güllə yaraları alıb. 
Dəniz blokadasının aradan qaldırılması üzrə sayca on səkkizinci olan bu aksiya sakinlər tərəfindən mayın 29-dan keçirilir. 
Qeyd edək ki, ötən həftə Qəzza zolağının şərq sərhədində İsrail sərhədçiləri ilə toqquşmalar nəticəsində 33 fələstinli xəsarət alıb.
Xatırladaq ki,  2 milyonluq əhalisi olan Qəzza zolağı, 2006-cı ildən etibarən işğalçı İsrail rejimi havadan, qurudan və dənizdən mühasirədə saxlanılır 
Teqlər: fələstin ، qəzzə
Ad:
E-poçt:
* Comment:
* captcha: