IQNA

10:34 - December 18, 2018
Xəbər sayı: 3484370
Misrdə müasir avadanlıqlarla təchiz edilmiş yeni dini təlim mərkəzləri və mədrəsələri  olsa da, hələ də qədim və ən sadə imkanlara malik ənənəvi mədrəsələr öz nüfuzunu qoruyub saxlaya bilmişdir.

 Misrin İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrdə müasir avadanlıqlarla təchiz edilmiş yeni dini təlim mərkəzləri və mədrəsələri  olsa da, hələ də qədim və ən sadə imkanlara malik ənənəvi mədrəsələr öz nüfuzunu qoruyub saxlaya bilmişdir.

Bu mədrəsələrdən biri də Misrin cənubunda yerləşən "əl-Əqsər" əyalətinin qərbində Qərnə şəhərinin Hacər-İqalə kəndində çox sadə və ən ibtidayi imkanlarla Qurani-Kərimin oxunuşu və hifzinin təlimi üzrə fəaliyyət göstərir.

Misrin ən qədim Quran mədrəsələrindən olan bu təhsil ocağında onlarla müəllim, mühəndis, həkim və din alimləri ibdtiyai təhsil alıblar.  

Bu mədrəsənin müəllimi Şeyx Bədvi Əhməd Əbulhəsən İbrahimdir. Onun 72 yaşı var. O, ömrünün 40 ilini uşaqlara Quran dərsi deməkdə keçirib.

Çiy palçıqdan və kərpicdən hazırlanmış və heç bir modern avadanlığa malik olmayan bu mədrəsəyə hər gün ətraf kəndlərdən uşaqlar gəlirlər və Quran öyrənirlər.

Bu uşaqlar dəmir lövhələr üzərinə qarğıdalı gövdəsindən hazırlanmış qələmlərlə Quran ayələrini yazır, oxuyur və əzbərləyirlər.

Şeyx Bədvi Əhməd Əbulhəsən İbrahim imkansız ailələrin uşaqlarına pulsuz dərs deyir. Hətta onlar üçün dəmir lövhə, mürəkkəb və qələm də alır. Bu işdə cəmiyyətin xeyriyyəçiləri də mədrəsəyə kömək edirlər.

http://iqna.ir/fa/news/3770581

مکتب‌‌خانه قرآنی «الأقصر» مصر؛ مرکزی نخپه‌ور با بدیهی‌ترین امکانات

آموزش قرآن به کودکان با وجود کمبود امکانات

مکتب‌‌خانه قرآنی «الأقصر» مصر؛ مرکزی نخپه‌ور با بدیهی‌ترین امکانات

آموزش قرآن به کودکان با وجود کمبود امکانات

آموزش قرآن به کودکان با وجود کمبود امکانات

آموزش قرآن به کودکان با وجود کمبود امکانات

داستان پیرمردی که با بدیهی‌ترین امکانات قرآن آموزش می‌دهد

داستان پیرمردی که با بدیهی‌ترین امکانات قرآن آموزش می‌دهد

Teqlər: quran ، misr ، mədrəsə
Ad:
E-poçt:
* Comment:
* captcha: