IQNA

9:09 - January 14, 2019
Xəbər sayı: 3484522
Livanda Qətərli yazar və şairə xanım Doktor Hissə Əvəzinin qələmə aldığı "Bəzi Quran dastanlarında uşaqlar üçün tərbiyəvi mövzular" kitabı "Darul-Müəllif" nəşriyyatı tərəfindən çap və nəşr edildi.

Livanda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanda xanım Doktor Hissə Əvəzinin qələmə aldığı "Bəzi Quran dastanlarında uşaqlar üçün tərbiyəvi mövzular" kitabı "Darul-Müəllif" nəşriyyatı tərəfindən çap və nəşr edildi.

Bu kitab 335 səhifədə çap və nəşr edilib. Kitab altı fəsldən ibarətdir. Birinci fəsldə Quran dastanlarında və kitab yazılmasında istifadə edilən araşdırma metodlarından danışılır. İkinci fəsl Quran dastanlarında İslami tərbiynin üsulları və saleh insan yetişdirməyin hədəfləri açıqlanıb. Üçüncü fəsldə Quranda peyğəmbərlərin dastanlarının məzmunu və alınan nəticələr təhlil edilib. Dördüncü fəsldə isə keçmiş ümmətlərin dastanları araşdırılıb. Beşinci fəsldə Peyğəmbərin (s) Quranda göstərilən sirə və sünnəsindən danışlıb. Altıncı fəsldə Qurani-Kərimdə bəyan edilən təmsillərə və heyvanlara aid dastanlara toxunulub.

Qeyd edək ki, xanım Doktor Hissə Əvəzi yazar və şairədir. O, Qətərlidir və ölkəsinin radio və televiziyasında uşaq proqramlarının hazırlanması sahəsində işləyir. Onun bu mövzuda 18 əsəri İngilis dilinə tərcümə edilmişdir.      

http://iqna.ir/fa/news/3780996  

 

Ad:
E-poçt:
* Comment:
* captcha: