IQNA

8:59 - January 20, 2019
Xəbər sayı: 3484554
Yarışlar üç əsas kateqoriyada keçirilir: Mədəni İrsin elementlərinin qorunması fəaliyyətləri; Mədəni irsin ən yaxşı raviləri və daşıyıcıları; Mədəni irs barədə ən yaxşı tədqiqat işləri.

Şarcənin Beynəlxalq Mədəni İrs yarışlarının təfərrüatı açıqlandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "menafn.com" informasiya portalına istinadla verdiyi xəbərə görə, bu il "Mədəni irs – humanitar əlaqə" devizi ilə keçiriləcək BƏƏ-nin 3-cü Şarcə Beynəlxalq Mədəni İrs Yarışlarının təfərrüatı yarışların keçirilməsi komitəsi tərəfindən açıqlanıb.

BƏƏ-nin Şarcə Beynəlxalq Mədəni İrs Yarışlarının keçirilməsi komitəsi elan edib: 3-cü Şarcə Beynəlxalq Mədəni İrs Yarışlarına qeydiyyat keçən ilin (2018) Dekabr ayının 30-da başlayıb və cari ilin (2019) Aprel ayının ilk günlərinədək davam edəcəkdir.

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Şarcə Mədəniyyət Mirası Mərkəzinin rəisi Əbdüləziz Müslim deyib: Bu yarışa yaxşı və bacarıqlı tədqiqatçılar qatılıb və bu bizim üçün iftixardır. Habelə bu yarışların elmi dairələrdə əhəmiyyətinin və yarışların öz hədəflərinə çatmağının göstəricisidir. Buna görə də yarışlarda hər dəfə iştirak edənlərin sayı çoxalır.

Yarışlar üç əsas kateqoriyada keçirilir: Mədəni İrsin elementlərinin qorunması fəaliyyətləri; Mədəni irsin ən yaxşı raviləri və daşıyıcıları; Mədəni irs barədə ən yaxşı tədqiqat işləri.

Mirasın qorunmasında və gələcək nəsillər çatdırılmasında ifadə üsulları və adətlər, sərgi incəsənəti, ictimai fəaliyyətlər, bayramlar və mərasimlər, varlıq və təbiət barədə proqramlar, qədim peşələrlə bağlı bacarıqlar və sair mövzular bu yarışın tərkib hissələridir.

BƏƏ-nin 3-cü Şarcə Beynəlxalq Mədəni İrs yarışlarının əsas hədəfi daxildə, xaricdə, Ərəb dünyası və İslam dünyasında mədəni mirasın qorunması üçün işlərin dəstəklənməsi, bu sahədə fəaliyyətlərin gücləndirilməsi və ən yaxşı işləri UNSECO-nun standartları üçün təqdim etməkdir.

http://iqna.ir/fa/news/3782601

Teqlər: şarcə ، miras ، mədəni irs ، bəə ، dubay
Ad:
E-poçt:
* Comment:
* captcha: