İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Kəfil" xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində 11-ci "Fatimənin (s) hüznü mövsümü" festivalı Həzrət Fatimeyi-Zəhranın (s) şəhadət günlərində Əhli-Beytin (ə) İlahi simvollarının yaşadılması hədəfi ilə keçirilir.
11-ci "Fatimənin (s) hüznü mövsümü" festivalı Həzrət Fatimeyi-Zəhranın (s) şəhadət günlərinin xatirəsinə İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəmlərinin "Hüseyni mukəblər və şəair (şüar, simvol)" bölməsinin təşəbbsüsü ilə dünən, həftənin bazar günü, günün ikinci yarısında "Beynül-Hərəmeyn"də öz işinə başlayıb.
İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəmlərinin "Hüseyni mukəblər və şəair (şüar, simvol)" bölməsinin rəisi Riyaz Nemət Salman bu barədə açıqlama verərək bildirib ki, mərasim 10 gün davam edəcək.
Bu mərasimdə müxtəlif dini proqramlar, Həzrət Zəhranın (ə) məzlumiyyətini göstərən film, rəsm və audiolar icra edilir, səhnələr nümayiş olunur, heyətlər şer və rövzə oxuyurlar və kitab sərgisi keçirilir. Mərasimin sonunda isə Həzrət Fatimənin (ə) cənazəsi simvolik olaraq xanımların iştirakı hərəmlərə tərəf müşayət edilir.
http://iqna.ir/fa/news/3783011