IQNA

Hollandiya siyasətçiləri məscidlərin qorunmasını tələb etdilər

7:33 - February 02, 2019
Xəbər sayı: 3484622
Hollandiyada yaşayan bir sıra müsəlman siyasətçilər dövlətdən məscidlərin və İslami müəssisələrin irqçilərin hücumlarından qorunması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb etdilər.  

Hollandiya siyasətçiləri məscidlərin qorunmasını tələb etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hollandiyada yaşayan bir sıra müsəlman siyasətçilər dövlətdən məscidlərin və İslami müəssisələrin radikal irqçilərin hücumlarından qorunması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb etdilər.  

Həmin siyasəçtilər bəyaniyyə yayaraq elan ediblər ki, təkcə ölkənin paytaxtı Amsterdam şəhərinin məscidləri və İslami mərkəzlərinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və qorunması kafi deyil. Ölkə boyunca bütün şəhərlərin məscidləri və dini müəssisələri qorunma altına alınmalıdır.

Hollandiyanın müsəlman parlament nümayəndəsi Tunahan Kuzu bu barədə deyib: Bu ölkədə keçən 10 il ərzində 300 məscid irqçi radikalların hücumuna məruz qalmışdır. Buna görə də ölkə boyunca hər yerdə məscidlərin mühafizə sistemi gücləndirilməlidir.

Qeyd edək ki, keçən həftə Amsterdam şəhərinin meri yerli şuraya məktub yazaraq məscidlərin və İslami müəssisələrin mühafizə sisteminin gücləndirilməsini tələb edib.    

http://iqna.ir/fa/news/3786321

captcha