İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İslami Təbliğat, Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəmən bu gün, həftənin ikinci günü, 5 Mart 2019-cu il, media qrumları ilə keçirdiyi mətbuat konfransında dedi: Son günlərdə baş vermiş bir anlaşılmamazlıq əziz Azərbaycan xalqının incikliyinə səbəb olub. Təəssüflər olsun ki, bu inciklikdən istifadə edənlər İran İslam Respublikasının Azərbaycan dövləti və milləti barədə strateji mövqeyinin dəyişməsini şayiə ediblər.
O vurğuladı: "Mənim bildiyim qədəri ilə İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei cənabları həmişə Azərbaycan dövlətinin və xalqının müdafiəçisi olub və bundan sonra da olacaqdır".
İran İslam Respublikasının İslami Təbliğat, Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi və İran Mədəni İnqilanının Ali Şurasının üzvü Əbuzər İbrahimi Türkəmən iki ölkə arasında münasibətlərin genişləndirilməsi və inkişafının zəruriliyini önə çəkərək dedi: "İran İslam Respublikasının 15 qonşusu var. Onlardan biri də Azərbaycan cümhuriyyətidir ki, regionun ən mühüm ölkəsidir".
Türkəmən vurğuladı: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü bəyan etdiyi kimi, İran yaşayan erməni icmasında səsləndirilmiş şüarlar İran İslam Respublikasının mövqeyi deyil, İran öz fikrini həmişə rəsmi tirbunadan elan edir.
İran Mədəni İnqilanının Ali Şurasının üzvü əlavə etdi: Yenə də vurğulayıram ki, İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri keçmişdə və indi həmişə Azərbacyan xalqını sevdiyini elan edib və hazırda da onun bu barədə rəyi dəyişilməz qalır. O, Ermənistanın baş naziri ilə görüşündə də Qarabağ məsələsinin həlli üçün İranın vasitəsiçilik etməyə hazır olduğunu bildirdi.
İbrahimi Türkəmən Bəhram Qasiminin sözlərinə işarə edərək dedi: İran və Azərbaycan əlaqələri müştərək adətlər, ənənələr, dil, mədəniyyət, din və məzhəb üzərində möhkəmlənib. Azərbaycan müstəqil ölkə olandan ikitərəfli əlaqələr daima inkişaf edib və edəcək.