IQNA

Port-Səid Beynəlxalq Quran Yarışlarının qalibləri mükafatlandırıldı

9:20 - March 06, 2019
Xəbər sayı: 3484800
"Əbdülbasit Əbdüssəməd" adına keçirilən Qurani-Kərim hifzi, təcvid hökmləri və ibtihal ixtisasları üzrə keçirilən Posrt-Səid Beynəlxalq Quran yarışlarında 29 ölkədən 55 nəfər iştirak edib.       

Port-Səid Beynəlxalq Quran Yarışlarının qalibləri mükafatlandırıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Port-Səid əyalətinin 2-ci Beynəlxalq Qurani-Kərim yarışlarının yekun mərasimi keçirilib.

Dünən, həftənin ikinci günü, 5 Mart 2019-cu il, keçirilən yekun mərasimində yarışların qalibləri mükafatlandırılıb.

Quran yarışlarının yekun mərasimində əyalətin qubernatoru Adil əl-Ğəzban da iştirak edib.

O, çıxışnda Quran hafizlərinin Allah və insanlar yanında sevimli məqamına işarə edərək bu yarışların beynəlxalq səviyyədə keçirilməsindən şad olduğunu deyib.

 Adil Ğəzban yarışların keçirilməsi komitəsindən istəyib ki, gələn il də bu yarışların keçirilməsi üçün lazım olan işləri görməyə başlasınlar.

Qeyd edək ki, Misrin mərhum məşhur qarisi "Əbdülbasit Əbdüssəməd" adına keçirilən Qurani-Kərim hifzi, təcvid hökmləri və ibtihal ixtisasları üzrə keçirilən Posrt-Səid Beynəlxalq Quran yarışlarında 29 ölkədən 55 nəfər iştirak edib.       

http://iqna.ir/fa/news/3795611

captcha