IQNA

İnsan Haqları Gözətçisi Uyğur müsəlmanların hüquqlarının qorunmasını istədi

23:30 - March 29, 2019
Xəbər sayı: 3484901
Yeni Zelandiyanın İnsan Haqları Gözətçisi Yeni Zelandiyanın baş nazirindən istəyib ki, qarşıda Çinə edəcəyi səfər çərçivəsində Uyğur müsəlman azlığının hüquqlarının bərpasını tələb etsin.

İnsan Haqları Gözətçisi Uyğur müsəlmanların hüquqlarının qorunmasını istədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yeni Zelandiyanın İnsan Haqları Gözətçisi Yeni Zelandiyanın baş nazirindən istəyib ki, qarşıda Çinə edəcəyi səfər çərçivəsində Uyğur müsəlman azlığının hüquqlarının bərpasını tələb etsin.

Yeni Zelandiyanın İnsan Haqları Gözətçisi Təşkilatı ölkənin baş naziri xanım Casinda Ardrendən qarşıdakı səfəri zamanı  Çin rəsmiləri ilə görüşündə Sincan əyalətində yaşayan müsəlman Uyğurların hüquqlarını müdafiə etməsini istəyib.

İnsan Haqları Gözətçisi Təşkilatı baş nazirdən istəyib: Çin dövlətinin rəsmi dəvəti ilə gedəcəyi bu səfər çərçivəsində Sincan əyalətində yaşayan müsəlmanların məcburi düşərgələrdən azad edilməsini, irqi və dini ayrıseçkiliyə son verilməsini və beynəlxalq nəzarətçilərin Sincan əyalətinə buraxılmasını tələb etsin.

Qeyd edək ki, Yeni Zelandiya dövləti BMT (Beynəlxalq Millətlər Təşkilatı)  və digər beynəlxalq təşkilatlarda Çin dövlətinin müsəlmanların və insan hüquqlarının pozulmasına etiraz etməkdən çəkinib.  

Yeni Zelandiyanın İnsan Haqları Gözətçisi Təşkilatı baş nazirə Kraystçörç şəhərində baş verən terror zamanı müsəlmanları müdiafə etdiyi üçün təşəkkür edib.

http://iqna.ir/fa/news/3800244

Teqlər: iqna ، çin ، yeni zelandiya ، uyğur
captcha