IQNA

18:43 - April 05, 2019
Xəbər sayı: 3484938
İmam Hüseyn ziyarətgahının texniki işlər departamenti bəyan edib ki, ziyarətgah kompleksinin ərazisinə daxil olmaq üçün əsas girişlərdən olan Böyük Qiblə qapısının inşası ilə bağlı işlər sürətləndirilib.

İmam Hüseyn ziyarətgahının yeni darvazası tezliklə istifadəyə veriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseyn ziyarətgahının mühəndislik və texniki işlər departamenti bəyan edib ki, ziyarətgah kompleksinin ərazisinə daxil olmaq üçün əsas girişlərdən olan Böyük Qiblə qapısının inşası ilə bağlı işlər sürətləndirilib.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, darvazanın açılışı milyona yaxın zəvvar axınının gözlənildiyi yaxınlaşmaqda olan şaban ayının ortasına təsadüf edəcək.

"Üç metr hündürlüyə malik beton divarın inşasından ibarət olan birinci mərhələnin yekunlaşmasından sonra ikinci mərhələyə start vermişik. Belə ki, hazırda tavan örtüyünün inşası işləri aparılır. Bu layihə Bab əl-Zeynəb darvazasından Böyük Qiblə darvazasınadək uzanacaq. Bununla layihənin ilk mərhələsi yekunlaşacaq. Bundan sonra isə tavan quraşdırma işləri İmam Hüseynin müqəddəs məqbərəsinədək davam etdiriləcək. Zəvvar axını nəzərə alınaraq işlər şaban ayının ortasınadək yekunlaşdırılacaq", - deyə layihənin mühəndisi Salam Sədun açıqlamasında bildirib.

Qeyd olunub ki, hazırda sutka ərzində 21 saat intensiv iş aparılır, peşəkar texniki heyət layihəni vaxtında başa çatdırmaq üçün var gücü ilə çalışır.

Layihənin əhatə etdiyi ərazinin sahəsi 1800 kvadrat metrdir ki, Ümid darvazasından başlayaraq Zeynəbiyyə darvazasınadək uzanır.

Teqlər: iqna ، imam Hüseyn ، kərbəla ، hərəm
Ad:
E-poçt:
* Comment:
* captcha: