IQNA

6:37 - April 07, 2019
Xəbər sayı: 3484950
Kərbəla şəhərində dünyanın 140 ölkəsinin iştirak etdiyi beynəlxalq kitab sərgisi açılıb. Beynəlxalq Kərbəla Kitab Yarmarkası hər il Mədəniyyət Baharı Beynəlxalq Festivalı çərçivəsində həyata keçirilir.

Kərbəlada beynəlxalq kitab yarmarkasının açılışı olub - FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, həftənin Cümə günü (5 Aprel 2019) müqəddəs Kərbəla şəhərində dünyanın 140 ölkəsinin iştirak etdiyi beynəlxalq kitab yarmarkasının açılışı olub.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, İmam Hüseyn ziyarətgahının direktoru Şeyx Əbdülmehdi Kərbəlayi müqəddəs məkanların təmsilçilərinin, nəşriyyat evlərinin nümayəndələrinin və beynəlxalq tədbirdə iştirak edən digər qonaqların müşayiətilə sərgi-yarmarkanın rəmzi açılışını bildirən lenti kəsib.

Jurnalistlərə müsahibə verən sərginin direktoru Dr. Müştaq Əli bildirib ki, kitab yarmarkası beynəlxalq Mədəniyyət Baharı Beynəlxalq Hərəkatının rəsmi icazəsi və tərkib hissəsi kimi həyata keçirilir. Yarmarkada 140 nəşriyyat evi, İraq, ərəb ölkələri və digər xarici dövlətlərin kitabxanaları və müxtəlif institutları iştirak edir.Tədbirdə İraq, Misir, İran, Mərakeş, Suriya, İordaniya, Livan və ABŞ təmsil olunur.

Tədbirin direktoru bildirib ki, tədbirdə sistematik, ümumi və ixtisaslaşmış mövzulara aid kitablar təqdim olunur. Mövzular isə dini, mədəni, iqtisadi, ictimai və irsi kimi geniş sahələri əhatə edir. Sərgidə uşaqlar, ailələr və qadınlar üçün xüsusi pavilyonlar qurulub.

Bildirək ki, Beynəlxalq Kərbəla Kitab Yarmarkası hər il Mədəniyyət Baharı Beynəlxalq Festivalı çərçivəsində həyata keçirilir. Tədbirə təşkilatçılığı isə İmam Hüseyn və həzrət Əbəlfəzl Abbas ziyarətgahlarının rəhbərliyi həyata keçirir.

Kərbəlada beynəlxalq kitab yarmarkasının açılışı olub - Foto

Ad:
E-poçt:
* Comment:
* captcha: