IQNA

12:47 - May 31, 2019
Xəbər sayı: 3485232
İranın paytaxtı Tehranda və ölkənin 950-dən çox şəhər və qəsəbəsində  elan olunan məscid və yollardan başlayaraq Cümə namazı qılınan məkanlara doğru yürüşlər başlayıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün İran İslam İnqilabının rəhbəri Həzrət İmam Xomeyninin (r.ə) təsis etdiyi "Ümumdünya Qüds Günü" mitinqləri dünyanın  80-dan çox ölkəsində keçirilir. 
İranın paytaxtı Tehranda və ölkənin 950-dən çox şəhər və qəsəbəsində  elan olunan məscid və yollardan başlayaraq cümə namazı qılınan məkanlara doğru yürüşlər başlayıb.
Ümumdünya Qüds Günü mitinqi bu il "Ümumdünya Qüds Günü ,  "Yüz ilin anlaşması” planının uğursuzluğu, Fələstin probleminin həlli " və "Qüdsə doğru" şüarları altında keçirilir.
Qeyd edək ki, Beynəlxalq Qüds günü mitinqini İranda 4000 jurnalist, fotoqraf və operator işıqlandırır ki, onlardan 250-si əcnəbi jurnalistlərdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Teqlər: iqna ، qüds günü ، iran ، fələstin
Ad:
E-poçt:
* Comment: