IQNA

16:41 - June 01, 2019
Xəbər sayı: 3485244
Qeyd edək ki, “Böyük Qayıdış Yürüşü” aksiyaları zamanı ümumilikdə 305 fələstinli həyatını itirib, onlardan 59 nəfəri yeniyetmə və 10 qadındır. 17 min fələstinli isə yaralanıb.  
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün Qəzza zolağı ərazisində İsrail rejimi hərbçiləri fələstinlilərə qarşı növbəti dəfə güc tətbiq edib. Hər cümə günü Qəzza zolağında keçirilən “Böyük Qayıdış Yürüşü”nün 60-cı aksiyasında iştirak ediən yüzlərlə fələstinliyə qarşı İsrail rejimi hərbçiləri gözyaşardıcı qaz istifadə edib və odlu silahlardan atəş açıblar. 
İsrail hərbçilərinin açdığı atəş nəticəsində azı 16 fələstinlinin yaralandığı qeyd edilir. Göz yaşardıcı qazların atılması səbəbilə onlarla fələstinlin nəfəs almasında çətinliklər yaranıb. 
Qeyd edək ki, “Böyük Qayıdış Yürüşü” aksiyaları zamanı ümumilikdə 305 fələstinli həyatını itirib, onlardan 59 nəfəri yeniyetmə və 10 qadındır. 17 min fələstinli isə yaralanıb.  
Xatırladaq ki, işğalçı İsrail rejimi qüvvələrinin Əqsa məscidində cümə namazını qılmaq üçün "Ayırıcı divar"ı keçməyə çalışan 2 fələstinliyə atəş açması nəticəsində 16 yaşlı bir yeniyetmə həyatını itirib. Bir fələstinli də yaralanıb. 
İsrail "Ayırıcı divar"la (Utanc divarı) əhatələnən İordan çayının qərb sahilindən yaşı 40-dan az olan kişilərin Qüdsə daxil olmasına mane olur, blokada altındakı təxminən 2 milyon əhalisi olan Qəzzadan da fələstinlilərin müqəddəs şəhərinə girişinə icazə vermir. /eastnews/
Teqlər: iqna ، qüds ، israil ، fələstin
Ad:
E-poçt:
* Comment: