IQNA

8:20 - July 15, 2019
Xəbər sayı: 3485507
Bu gün bütün dünyanın başı Amerikanın İran İslam Respublikasına qarşı tətbiq etdiyi təcavüzkar siyasətə qarışıb. İran nə edib ki, bu qədər təcavüz, təzyiq və sanksiyalara məruz qalmalıdır?

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "almanar" informasiya portalına istinadla verdiyi xəbərə görə, Şeyx Nəim Qasim – Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibinin müavini, dünən, həftənin bazar günü, 14 İyul 2019-cu il, Beyrutun 57 km-liyində yerləşən Nibtiyyə əyalətinin Hovməyin-Təhta şəhərində xatirə bayramı münasibəti ilə keçirilən bir görüşdə dedi: Amerika senasının nümayəndələri bu gün bizim əleyhimizə yeni sanksiyalar tətbiq etməklə bizimlə sözün həqiqi mənasında düşməndirlər və həmçinin bununla siyasi düşmənçilik də edirlər.

O vurğuladı: Amerikanın Livan əleyhinə tətbiq etdiyi sanksiyalar və təzyiqlər millətin iradəsini gücləndirir.

Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibinin müavini əlavə etdi: Əgər onlar bizim məclis nümayəndələrimizi, məsullarımızı, hansısa partiyamızı və ya hər hansı bir şeyimizi siyasi və iqtisadi sanksiyalar siyahısına salırlarsa, bu iş bizim iradəmizi daha da gücləndirir, himmətimizi çoxaldır, əzmimizi möhkəmləndirir və bizə öyrədir ki, bu aşkar müharibə və düşmənçilikdə onlara qarşı necə müqavimət edək və qələbə qazanaq.

Şeyx Nəim Qasim çıxışının davamında dedi: Bu gün bütün dünyanın başı Amerikanın İran İslam Respublikasına qarşı tətbiq etdiyi təcavüzkar siyasətə qarışıb. İran nə edib ki, bu qədər təcavüz, təzyiq və sanksiyalara məruz qalmalıdır? İran sübut edib ki, regionda müqavimət güclərinə rəhbərlik etməyə layiqdir və bu yöndə çox mühüm nailiyyətlər əldə etmişdir. Buna görə müqavimət gücləri də regionda inkişaf edə bilmişdir.  

http://iqna.ir/fa/news/3827129

Ad:
E-poçt:
* Comment: