IQNA

23:27 - September 20, 2019
Xəbər sayı: 3485844
Fələstin hökumətinin "terrorçulara və ailələrinə" dəstək verməsi bəhanəsi ilə vergi ödəmələri ləğv edildikdən sonra Qəzza iqtisadiyyatının ciddi çətinliklərlə üzləşdiyi bildirilir.

Fələstin iqtisadiyyatı 2019-cu ilin nəticələrinə görə, iki milyard dollarlıq ciddi bir maliyyə çatışmazlığı ilə üzləşib. Bu barədə Dünya Bankının hesabatında deyilir.
İşğalçı İsrail rejimi tərəfindən  Fələstin hökumətinin "terrorçulara və ailələrinə" dəstək vermək bəhanəsi ilə  vergi ödəmələrini ləğv etdikdən sonra Qəzza iqtisadiyyatının ciddi çətinliklərlə üzləşdiyi bildirilir.
Bu vəziyyət, Fələstin lideri Mahmud Abbası sərtlik tətbiq edərək, işləyən əhalinin maaşlarını təxminən iki dəfə azaltmağa məcbur edib. Bundan əlavə, Fələstin hakimiyyəti müvafiq kompensasiya çıxıldıqdan sonra qalan puldan imtina edib.
Qeyd edək ki, 2007-ci ildən sionist rejim bu bölgəni mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrub edilib.
Teqlər: iqna ، fələstin ، dünya bankı
Ad:
E-poçt:
* Comment: