IQNA

23:45 - September 21, 2019
Xəbər sayı: 3485850
Hindistanlı bir incəsənət ustası Qurani-Kərimin incəsənət çalarlarını tanıtdırmaq hədəfi ilə dünyanın ən uzun əlyazma Quran nüsxəsini hüsnxətt ilə kitabət edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanlı bir incəsənət ustası Qurani-Kərimin incəsənət çalarlarını tanıtdırmaq hədəfi ilə dünyanın ən uzun əlyazma Quran nüsxəsini hüsnxətt ilə kitabət edir.

O deyir: Belə bir yanlış təsəvvür var ki, Quran təkcə bir cəmiyyətə aiddir. Halbuki Qurani-Kərim insanlar arasında birliyə xüsusi əhəmiyyət verir.

Hindistanın Kralay əyalətinin Makam şəhərində sərgiyə çıxarılmış bu Quran nüsxəsinin 300 metri nümayiş olunub. Bu nüsxə yekunlaşdıqda uzunluğu 1000 metr olacaq.

Hüsnxətt ustası bu nüsxənin 300 səhifəsinin yazılması üçün hər gün 10 saat olmaqla 7 ay vaxt sərf etmişdir. Layihənin başa çatması üçün daha üç il lazım olacaqdır.

http://iqna.ir/fa/news/3843538

Ad:
E-poçt:
* Comment: