IQNA

Aramkoya hücum ABŞ-ın müdafiə sisteminin etibarını məhv etdi

4:21 - September 28, 2019
Xəbər sayı: 3485884
O əlavə edir: ƏNSARULLAH qüvvələrinin Aramko neft bazalarına hücumdan öncə dünya elə fikirləşirdi ki, Amerikanın müdafiə sistemi Səudiyyənin neft yataqlarını qorumaq gücündədir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin Ali-Xəlifə rejiminin müxaliflərindən olan və hazırda İngiltərənin paytaxtı London şəhərində yaşayan siyasi icmalçı Səid Şəhabi Londonun "əl-Qüds əl-Ərəbi" qəzetinə "Ərəbistan iki baxış bucağı ayrılıqında; dağıdıcı intiqam, ya sülh" adı altında verdiyi məqalədə yazır: Yəmənin ƏNSARULLAH hərəkatının Ərəbistanın neft təsisatına hücumu dünyada Səudiyyənin hərbi gücü və Amerikanın inkişaf etmiş müdafiə qurğularına inamı zəiflətdi.

O əlavə edir: ƏNSARULLAH qüvvələrinin Aramko neft bazalarına hücumdan öncə dünya elə fikirləşirdi ki, Amerikanın müdafiə sistemi Səudiyyənin neft yataqlarını qorumaq gücündədir.

Məqalənin davamında Yəməndə müharibənin dəyişiklikləri barədə danışan müəllif yazır: Ərəbistan və müttəfiqləri beş ildir ki, Yəməni hərtərəfdən hücuma məruz qoyublar. Amma bu koalisiya müharibəni yekunlaşdırmaqda aciz qalıb.

Səid Şəhabi vurğulayır: Səudiyyə Ərəbistanı Yəməndəki müharibəni Ərəb ölkələrində başlamış "ərəb baharı"nın köklərini qurutmaq üçün davam etdirirdi. Amma Aramko neft yataqlarına hücum döyüşün axarını dəyişdi.   

http://iqna.ir/fa/news/3845238

Teqlər: Ənsarullah ، aramko ، yəmən ، iqna ، səudiyyə
captcha