IQNA

12:29 - October 29, 2019
Xəbər sayı: 3486046
Bu mərasimdə Milli Quran Hifzi Birliklərinin məzunu olan 50 Quran hafizi qız və oğlan mükafatlandırılıb. Yaşları 6-18 arası olan Quran hafizləri milli və beynəlxalq Quran yarışlarının qalibləri olublar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Qahirə şəhərində Milli Quran Hifzi Birliklərinin hifz üzrə yetirmələri mükafatlandırılıb.

Həftənin birinci günü (28 Oktyabr 2019) keçirilən bu mərasimdə Qahirənin meri Xalid Əbdülal da iştirak edib.

Bu mərasimdə Misrin Milli Quran Hifzi Birliklərinin məzunu olan 50 Quran hafizi qız və oğlan mükafatlandırılıb.

Yaşları 6-18 arası olan Quran hafizləri milli və beynəlxalq Quran yarışlarının qalibləri olublar.

Qahirənin meri bu mərasimdə çıxış edərək deyib: Quran hafizlərinin mükafatlandırılması mərasiminin əsas hədəfi İslam dinin prinsiplərini sağlam və düzgün şəkildə cəmiyyətə çatdırmaq və Quran və İslam əxalqına söykənən tolerant cəmiyyət yaratmaqdır.

Qeyd edək ki, Misrdə 753 nəfərin iştirakı ilə milli Quran yarışları keçirilmişdi. Bu yarışlarda müxtəlif Quran hifzi müəssisələrinin məzunları iştirak etmişdilər.   

https://iqna.ir/fa/news/3853143

Ad:
E-poçt:
* Comment: