IQNA

23:18 - November 23, 2019
Xəbər sayı: 3486197
Pakistanda fəaliyyət göstərən şiə və sünnilərin 30-dan çox Quran fəaliyyətləri üzrə müəssisə və mərkəzlərinin Quran qariləri və hafizləri milli Quran yarışına qatılıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanda fəaliyyət göstərən şiə və sünnilərin 30-dan çox Quran fəaliyyətləri üzrə müəssisə və mərkəzlərinin Quran qariləri və hafizləri milli Quran yarışına qatılıblar.

Sünni və şiələrin vəhdəti ilə keçirilən Quranın qiraət və hifzi yarışları Kəraçi şəhərində keçirilib.

İran İslam Respublikasının Pakistandakı Mədəniyyət Əlaqələri İdarəsinin təşkil etdiyi bu yarışlar iki ay davam edib. Final mərhələsində 100 nəfər rəqabət aparıb.  

Quran yarışların ilkin mərhələsi müxtəlif əyalətlər üzrə keçirilib. Əyalətlərin qalibləri final mərhələsinə vəsiqə qazanıblar.

Final mərhələsinin qalibləri isə beynəlxalq Quran yarışlarında iştirak etmək şansı əldə edəcəklər.

Vəhdət həftəsi münasibəti ilə keçirilən yarışların əsas hədəfi müsəlman cəmiyyətini Allahın möhkəm ipi olan Qurani-Kərim ətrafında birləşdirməkdir.   

https://iqna.ir/fa/news/3858984

Ad:
E-poçt:
* Comment: