IQNA

14:20 - November 29, 2019
Xəbər sayı: 3486225
Dini təqlid mərcəsi Ayətullah Üzma Sistani ölkədə islahatlar tələb edən dinc aksiyaçılardan öz sıralarını vətəndaşların canına və malına zərər vuran təxribatçı iğtişaşçılardan ayırmalarını istəyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq şiələrinin dini təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani ölkədə islahatlar tələb edən dinc aksiyaçılardan öz sıralarını vətəndaşların canına və malına zərər vuran təxribatçı iğtişaşçılardan ayırmalarını istəyib.

Bu gün, həftənin Cümə günü, 29 Noyabr 2019-cu il, İraq şiələrinin dini təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin Kərbəla şəhərində səlahiyyətli nümayəndəsi və Cümə namazı xətibi Seyid Əhməd Safi İmam Hüseyn (ə) hərəmində qılınan Cümə namazının xütbələrində təqlid mərcəsinin son hadisələrlə bağlı mövqeyini açıqlayıb.

O deyib: Ölkədə baş verən son hadisələr, insanların qətlə yetirilməsi və müsəlmanların əmlakının məhv edilməsi İraqın dini mərcəiyyətini kədərləndirir və onlar bu kimi hallara görə təəssüf edirlər.  

Cümə namazı xətibi Seyid Əhməd Safi əlavə edib: İraq şiələrinin dini təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani dinc aksiya keçirənlərdən istəyir ki, onların dinc etirazlarından insanları öldürmək və müsəlmanların əmlakını məhv etmək üçün sui-istifadə edilməsinə icazə verməsinlər. Həmçinin dövlətdən və palamentdən tələb edir ki, İraqı və övladlarının qanını qorumaq üçün addım atsınlar.

Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin Kərbəla şəhərində səlahiyyətli nümayəndəsi və Cümə namazı xətibi Seyid Əhməd Safi vurğuladı: Təqlid mərcəmiz dinc aksiya keçirənlərə hücum etməyi və onların islahat tələbi kimi qanuni haqlarına qarşı çıxmağı haram sayır. Həmçinin parlamentdən tələb edir ki, xalqın istəyini əks etdirən azad və ədalətli seçki qanunu hazırlasınlar.

Cümə namazı xətibi əlavə edib: Dini mərcəmiz düşmənlərin İraqda fitnə və daxili savaş çıxarmaq planları barədə xəbərdarlıq edir və onlara bu fürsətin verilməməsi üçün hamını həmkarlığa dəvət edir.

Seyid Əhməd Safi deyib: Ayətullah Sistani vurğulayır ki, həmişə İraq millətinə dəstək olacaq. Onların məsləhətinə və xeyirinə olanı deyəcək. Sonda isə bu İraq xalqıdır ki, bu gününə və gələcəyinə faydalı olanı seçsin.

https://iqna.ir/fa/news/3860347

Teqlər: sistani ، iraq ، etiraz aksiyaları ، nəcəf ، iqna
Ad:
E-poçt:
* Comment: