IQNA

Məhkəmə müsəlman qadın polisin hicabla işə çıxmasına qərar verdi

22:00 - December 02, 2019
Xəbər sayı: 3486240
Cənubi Amerikanın şimal-şərq sahillərində yerləşən Trinidadda yaşayan müsəlman polis qadın Şeron Rup, vəzifə borcunu yerinə yetirərkən hicab geymək hüququnu müdafiə edib.

İQNA-nın verdiyi xəbərə görə, Cənubi Amerikanın şimal-şərq sahillərində yerləşən Trinidadda yaşayan müsəlman polis qadın Şeron Rup, vəzifə borcunu yerinə yetirərkən hicab geymək hüququnu müdafiə edib.

O, 2018-ci ildə xidməti zamanı hicab qadağası ilə üzləşib. Belə ki, polis komissarı Stiven Uilyams ona baş örtüyündə işə gəlməyi qadağan edib.
Bundan sonra qadın məhkəmədə qanunsuz qadağaya etiraz edib. Hakim Marqaret Muhammad Rupun lehinə qərar verib. 
Məhkəmənin qərarına görə, qadının hicab ilə işə gəlmək hüququ var, bundan əlavə, konstitusiya hüquqlarının pozulmasına görə böyük kompensasiya almalıdır.
Bir il sonra, eyni hakim Muhammad, Rupun dini etiqad hüququnun pozulduğuna görə aldığı kompensasiya miqdarı ilə bağlı başqa bir qərar verib.

 

 

Teqlər: iqna ، cənubi amerika ، polis ، trinidad ، hicab
captcha