İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin “Səadət Partiyası”nın sədri Təməl Karamollaoğlu sosial şəbəkə hesabında ismarıc yayaraq İran İslam Respublikasının Qüds ordusunun komandiri General-Leytenant Şəhid Hacı Qasim Süleymaninin ABŞ tərəfindən terror edilməsini məhkum edib.
Türkiyənin “Səadət Partiyası”nın sədri Təməl Karamollaoğlu sosial şəbəkə hesabında yazıb: İran İslam Respublikasının Qüds ordusunun komandiri General-Leytenant Şəhid Hacı Qasim Süleymaninin ABŞ tərəfindən Bağdadda terror edilməsi xəbərindən narahat oldum. Amerikanın regionda müharibə alovunu qızışdırmaq hədəfi ilə törətdiyi bu terroru məhkum edirəm.
O əlavə edib: Qardaş İran xalqının qəminə şərikəm və bu faicəni şəhid Qasim Süleymaninin ailəsinə təsliyət deyirəm.