IQNA

12:36 - January 04, 2020
Xəbər sayı: 3486419
ABŞ-ın istilalarına, İraqdakı varlığına, sərvətləri talamasına toxunan Ayətullah Hairi, İslam alimlərinə və müqavimət övladlarına müraciət edərək düşmənə qarşı birlik olmağa çağırış edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq mərcəyi təqlidi Ayətullah Seyyid Kazim Hairi bu gün, İnqilab Keşikçiləri Korpusunuun (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymani və Haşdu-şaabi komandanlığının müavini Hacı Abu-Məhdi əl-Muhəndisin ABŞ qüvvələri tərəfindən roketlə hədəfə alınaraq şəhid edilməsinin ardınca bəyanat yayıb.

ABŞ-ın istilalarına, İraqdakı varlığına, sərvətləri talamasına toxunan Ayətullah Hairi, İslam alimlərinə və müqavimət övladlarına müraciət edərək düşmənə qarşı birlik olmağa çağırış edib.

Ayətullah Hairi, İraqda hazırki mövcud qarışıq vəziyyətdən höküməti məsul bilib.

ABŞ və müttəfiqlərinin İraqda qalmasını haram bilən Ayətullah Seyyid Hairi, onların ölkədən dərhal çıxarılmasını tələb edib:

“ABŞ və müttəfiqlərinin İraq torpaqlarında varlığının davamı haramdır. Amerika qoşunlarının bizim torpaqlarımızda qalması qanuna ziddir. Bu ölkənin ərazi bütövlüyünün qorunması üçün gərək ciddi tədbirlər görülsün.”

https://iqna.ir/fa/news/3868732

Ad:
E-poçt:
* Comment: