IQNA

9:40 - January 07, 2020
Xəbər sayı: 3486448
Səna xalqı izdihamlı yürüş keçirərək İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının şəhid komandiri General-Leytenant Qasim Süleymaninin Amerika tərəfindən terror edilməsini məhkum etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, Bazar ertəsi günü, 6 Yanvar 2020, Yəmənin Səna şəhərində minlərlə insan küçələrə çıxaraq Amerikanın terror cinayətini məhkum etdilər.

Səna xalqı izdihamlı yürüş keçirərək İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının şəhid komandiri General-Leytenant Qasim Süleymaninin Amerika tərəfindən terror edilməsini məhkum etdilər.

Yürüşdə iştirak edən Yəmənlilər Ali-Səud, Amerika və İsrail əleyhinə şüarlar səsləndiriblər və Amerikanı böyük şeytan adlandırıblar.

Yürüşdə iştirak edən Yəmən xalqı Səudiyyə Ərəbistanın bu ölkəyə işğalçı hücumunu da məhkum ediblər. Həmçinin bu gün (7 Yanvar 2020) Səna və Sədə şəhərlərind Amerikanın cinayətlərini məhkum edən və İslam Müqavimət Cəbhəsini dəstəkləyən yürüş keçirəcəklərini də elan ediblər.

https://iqna.ir/fa/news/3869717

تظاهرات گسترده در صنعا در محکومیت ترور سردار سلیمانی

تظاهرات گسترده در صنعا در محکومیت ترور سردار سلیمانی

تظاهرات گسترده در صنعا در محکومیت ترور سردار سلیمانی

Teqlər: İQNA ، Səna ، Yəmən ، Qasim Süleymani
Ad:
E-poçt:
* Comment: