IQNA

Azərbaycan İslam Partiyasının rəhbərliyi Bakıdakı İran səfirliyini ziyarət edib

12:38 - January 09, 2020
Xəbər sayı: 3486465
Azərbaycan İslam Partiyasının (AİP) rəhbərliyi və bir qrup funksioneri İran İslam Respublikasının Azərbaycan respublikasının paytaxtı Bakıda yerləşən səfirliyini ziyarət edib.

İslaminSesi xəbər verir ki, səfərdə  məqsəd ABŞ terroru nəticəsində şəhid olan General Qasim Süleymaninin şərəfinə ucaldılan xatirə lövhəsini ziyarət etmək olub.

AİP-in sədr əvəzi Hacı İlham Əliyev Generalın şəhadəti ilə əlaqədar baş sağlığı verib. Partiya funksionerləri səfirlikdə yaradılan  şəhdlik lövhəsini ziyarət ediblər.

Daha sonra AİP rəhbərliyi Partiyanın baş verən hadisəyə münasibətini bir daha səfirlik nümayəndələrinin diqqətinə çatdırıb.

Sonda Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev şəhid General Qasim Süleymaninin şərəfinə yaradılan xatirə dəftərinə öz ürək sözlərini yazıb.  

captcha