IQNA

9:08 - January 24, 2020
Xəbər sayı: 3486545
Məktəbli qız Almaniyanın səfiri Peter Şufa izah edib ki, İndoneziyaya idxal edilən zibil miqdarı o qədər böyükdür ki, çeşidləyicilərin işi plastikin ətraf mühitə yayılmasına mane ola bilmir.
Cakartadan olan 12 yaşlı Aişna Az-Zahra  Avropa ölkələrini plastik zibil tullantılarını Asiyaya göndərilməsini dayandırmağa çağırıb. 
 
Maide.Az "İslam.ru"a istinadla xəbər verir ki, müsəlman qız Almaniyanın kansleri Angela Merkelə məktubunu çatdırmaq üçün Almaniyanın İndoneziyadakı səfirliyinə şəxsən gedib. 
 
Qız öz müraciətində Almaniyanı və digər Avropa ölkələrini İndoneziyaya və digər Asiya ölkələrinə plastik zibil ilə dolu daşınan konteynerlərin göndərilməsini dayandırmağa çağırıb.
 
Məktəbli qız Almaniyanın səfiri Peter Şufa izah edib ki, İndoneziyaya idxal edilən zibil miqdarı o qədər böyükdür ki, çeşidləyicilərin işi plastikin ətraf mühitə yayılmasına mane ola bilmir.
 
"Biz bazardan balıq alırıq və qarnının plastiklə dolu olduğunu görürük" deyə gənc eko-fəal bildirib.
 
 
Teqlər: İQNA ، Avropa ، İndoneziya ، zibil
Ad:
E-poçt:
* Comment: